Bu kitabın qəhrəmanları – Müslüm Maqomayev, Hüseyn Cavid, Ərtoğrol Cavid istedadlarıyla, sənətə sonsuz sevgiləriylə, solmaz yadigarlarıyla, dünənin, bu günün və sabahındırlar. Yaşadığı illərə sığmayan bu sənətkarlar hər gələn nəsillə müasir olacaq və həmişə də zəmanəyə Vaxtın fövqündən baxacaqlar. Bu işıqlı ömürlərin ölümsüzlük sahilləri hamımıza bəllidir. Ancaq həmin ölümsüzlüyün o tayında onların ümidli, arzulu, mübarizəli, sevincli, nisgilli gərçək həyatları dayanır. Kitabdakı düşüncələrdə bu unudulmaz insanların ömür yolunun zəngin və maraqlı səhifələri vərəqlənir.