Margins
2022
First Published
160
Number of Pages

Part of Series

Böyük Monqol imperiyasının ikinci xanı Ögedey atası Çingiz xanın qurduğu səltənəti dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirmişdir. Onun hakimiyyəti dövründə aparılan islahatlar nəticəsində dövlət mərkəzləşdirilmiş, monqollar digər mədəniyyətlərlə tanışlıq imkanı qazanmışdırlar. Bundan başqa, ərazisi iki dəfə böyüyən Monqol imperiyası Asiyadan Avropayadək uzanan ucsuz-bucaqsız coğrafiyada hökm etməyə başlamışdır. Tanınmış tarixçi Əkbər N.Nəcəfin qələmə aldığı və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab Ögedeyin həyat və fəaliyyəti ilə bağlı maraqlı faktlarla zəngindir. Kitabda monqolların həyat tərzi, ənənələri, dövlət quruculuğu ilə yanaşı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana yürüşləri barədə heyrətamiz məlumatlar oxuyacaqsınız.

Author

Əkbər N. Nəcəf
Əkbər N. Nəcəf
Author · 2 books
Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonu Astanlı kənd orta məktəbini 1992-ci ildə bitirdikdən sonra 1993-cü ildə Türkiyənin Ankara Universiteti Türk Dili fakültəsindən, 2008-ci ildə isə Türkiyənin Mərmərə Universiteti (İstanbul) Tarix fakültəsindən məzun olmuşdur. Hazırda AMAA (Azərbaycan Milli Araşdırmalar Assosiasiyası) tarix araşdırmalarına rəhbərlik edir.
548 Market St PMB 65688, San Francisco California 94104-5401 USA
© 2025 Paratext Inc. All rights reserved