Margins
Şəmsəddin Eldəniz book cover
Şəmsəddin Eldəniz
2022
First Published
4.00
Average Rating
160
Number of Pages

Part of Series

Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz ağlı, zəkası və cəsarəti ilə tariximizin ən görkəmli şəxsiyyətlərindən biridir. 11 yaşında qul olaraq İraq Səlcuqlu sultanlığının sarayına satılan Eldəniz məhz bu ağlı və cəsarəti sayəsində parlamış, qulamlıqdan atabəyliyə yüksəlmişdir. Eyni zamanda Azərbaycanın siyasi-hüquqi cəhətdən təşəkkül tapması da ilk dəfə məhz onun adı ilə bağlıdır. Tanınmış tarixçi Əkbər N.Nəcəfin sizə təqdim olunan bu kitabı Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyəti ilə bağlı bir-birindən maraqlı faktlarla zəngindir. Əsərdə həmçinin o dövrün ictimai-siyasi və sosial-mənəvi mənzərəsi ilə də yaxından tanış olmaq mümkündür. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Eldəniz və Azərbaycan atabəyliyi barədə qiymətli elmi mənbələrdən birinə çevriləcəyinə şübhə yoxdur.

Avg Rating
4.00
Number of Ratings
2
5 STARS
50%
4 STARS
0%
3 STARS
50%
2 STARS
0%
1 STARS
0%
goodreads

Author

Əkbər N. Nəcəf
Əkbər N. Nəcəf
Author · 2 books
Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonu Astanlı kənd orta məktəbini 1992-ci ildə bitirdikdən sonra 1993-cü ildə Türkiyənin Ankara Universiteti Türk Dili fakültəsindən, 2008-ci ildə isə Türkiyənin Mərmərə Universiteti (İstanbul) Tarix fakültəsindən məzun olmuşdur. Hazırda AMAA (Azərbaycan Milli Araşdırmalar Assosiasiyası) tarix araşdırmalarına rəhbərlik edir.
548 Market St PMB 65688, San Francisco California 94104-5401 USA
© 2025 Paratext Inc. All rights reserved