Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqət cəlb etmiş Çexov üçün bir novator yazıçi kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir. Əsas diqqəti qəhrəmanın daxili aləminə yönəldən müəllifin əsərlərində, adətən, gərgin sujet, konflikt yoxdur. Həmin əsərlərdəki özünəməxsus yumor bu mənada lirik təbəssümü, ciddi istehza və satiranı özündə birləşdirən tragikomik gülüşdür. Təqdim olunan kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan hekayələri toplanmışdır.' to 'Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqət cəlb etmiş Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir. Əsas diqqəti qəhrəmanın daxili aləminə yönəldən müəllifin əsərlərində, adətən, gərgin sujet, konflikt yoxdur. Həmin əsərlərdəki özünəməxsus yumor bu mənada lirik təbəssümü, ciddi istehza və satiranı özündə birləşdirən tragikomik gülüşdür. Təqdim olunan kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan hekayələri toplanmışdır.